...

İlham Əliyev Latviyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 24 Fevral 2012 13:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib
İlham Əliyev Latviyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib.

Trend-in məlumatına görə, Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Andris Berzinşin və keçmiş Prezident Valdis Zatlersin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olundu, Xəzəryanı dövlətlərlə Baltik dənizi ölkələri arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Andris Berzinşin və keçmiş Prezident Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviyanın dövlət başçısına və keçmiş Prezident Valdis Zatlersə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti