...

Xorvatiya Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 12 Mart 2012 11:06 (UTC +04:00)
Martın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin rəsmi qarşılanma mərasimi olub
Xorvatiya Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub (FOTO)

Martın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin rəsmi qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçi və xanımı Tatyana Yosipoviçi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Xorvatiya Respublikasının Prezidentinə raport verdi. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Xorvatiya Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident İvo Yosipoviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti