...

XİN: Azərbaycan Abxaziyada keçirilən qondarma "parlament seçkiləri"ni tanımır

Siyasət Materials 13 Mart 2012 15:34 (UTC +04:00)
Azərbaycan XİN Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Abxaziya regionunda martın 10-da keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımadığını bəyan edir.
XİN: Azərbaycan Abxaziyada keçirilən qondarma "parlament seçkiləri"ni tanımır

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Abxaziya regionunda martın 10-da keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımadığını bəyan edir.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

Xəbər lenti

Xəbər lenti