...

Azərbaycanın Türkiyədəkı səfirliyində İrs-Miras jurnalının təqdimatı və Novruz şənliyi keçirilib (FOTO)

Siyasət Materials 18 Mart 2012 10:18 (UTC +04:00)
Şənbə günü Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində İrs-Miras jurnalının təqdimat mərasimi və Novruz Bayramı şənliyi təşkil olunmuşdur. Bu barədə Trend-ə bazar günü səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib.
Azərbaycanın Türkiyədəkı səfirliyində İrs-Miras jurnalının təqdimatı və Novruz şənliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Şənbə günü Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində İrs-Miras jurnalının təqdimat mərasimi və Novruz Bayramı şənliyi təşkil olunmuşdur. Bu barədə Trend-ə bazar günü səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib.

Geniş tərkibli tədbirdə, Türkiyə Respublikası Prezidenti Aparatının Baş Katibi Mustafa İsen, TBMM-nin sabiq Sədri İsmet Sezqin, İrs-Miras jurnalının Baş Redaktoru Musa Mərcanlı, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Kemal Fahir Genç, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, çox sayda millət vəkili, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri, diaspor nümayəndələri və çox sayda KİV nümayəndələri iştirak etmişlər.

Tədbirin açılış nitqini Faiq Bağırov həyata keçirərək, ilk olaraq 12 türk əsgərinin Əfqanıstanda şəhid olmasından duyduğu dərin hüznü ifadə etmiş və hər kəsə başsağlığı diləmişdir. Ardından Səfir, Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev cənablarının Novruz Bayramı Təbrikini tədbir iştirakçılarına oxumuş, İrs-Miras jurnalının bundan sonra artıq türk dilində də çıxacağına dair müjdəli xəbəri hər kəsə duyurmuş, İrs-Miras jurnalının olduqca dəyərli mahiyyətindən söz açmış, Novruz bayramının məna və mahiyyətindən ətraflı bəhs etmiş və bütün hamını səmimi qəlbdən təbrik etmişdir.

Daha sonra söz, İrs-Miras jurnalının Baş Redaktoru Musa Mərcanlıya verilmişdir. O öz çıxışında, İrs-Miras jurnalının təbiətindən, mahiyyətindən və məramından ətraflı şəkildə söz açaraq, 10 yaşında olan İrs-Miras jurnalının keçdiyi inkişaf yolundan, dünyanın çox sayda ölkəsində dərc olunan jurnalın getdikcə böyüyən oxuyucu kütləsinin önəmindən, İrs-Miras jurnalı vasitəsilə həqiqətlərin anlaşılacağından və Türkiyə kimi qardaş bir ölkədə bu jurnalın buraxılmasının olduqca əlamətdar bir addım olduğundan bəhs etmişdir.

Ardından söz Türkiyə Respublikası Prezidenti Aparatının Baş Katibi Mustafa İsenə verilmişdir. Mustafa İsen, iki qardaş ölkənin sevincli bir günündə Səfirliyimizdə olmağından böyük məmnunluq duyduğunu, qardaşlığımızın həqiqi olduğunun çox yaxşı hiss olunduğunu və iki ölkənin xalqı və dövləti ilə birgə bir olmasının olduqca əhəmiyyətli olduğunu vurğulamışdır.

Çıxışlardan sonra tədbir iştirakçılarına, Şenol Talınlının ifasında bir birindən gözəl klassik Azərbaycan musiqiləri sədaları altında ziyafət verilmişdir.

Tədbir iştirakçılarına İrs-Miras jurnalının ilk nömrəsi təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti