...

Nüfuzlu "The Korea Post" jurnalı Prezident İlham Əliyevin fəaliyyətini geniş işıqlandırıb

Siyasət Materials 28 Mart 2012 18:25 (UTC +04:00)
Nüfuzlu "The Korea Post" jurnalı Prezident İlham Əliyevin fəaliyyətini geniş işıqlandırıb.
Nüfuzlu "The Korea Post" jurnalı Prezident İlham Əliyevin fəaliyyətini geniş işıqlandırıb

Azərbaycan, Bakı, 28 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 26-27-də Koreya Respublikasına işgüzar səfəri zamanı Koreya Respublikasının müxtəlif nüfuzlu nəşrləri Azərbaycan Respublikasına və Prezident İlham Əliyevin fəaliyyətinə böyük maraq göstəriblər.

Trend-in AzərTAc-a istinadən yaydığı məlumata görə, Koreya Respublikasında 1985-ci ildə təsis edilən və ingilis dilində böyük tirajla nəşr olunan nüfuzlu "The Korea Post" jurnalı Azərbaycan Prezidenti İlham Əliyevin fotoşəkli ilə birgə geniş tərcümeyi-halını dərc edib.

Jurnalda Prezident İlham Əliyevin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti geniş şəkildə işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti