...

Əli Hüseynli Avronest PA-nın komitəsinin qəbul etdiyi hesabata mövqeyini açıqlayıb

Siyasət Materials 3 Aprel 2012 16:52 (UTC +04:00)
Avropa İttifaqına üzv olan ölkələr üçün eyni dəyərlər mövcuddur - demokratiya, media azadlığı, insan hüquqları, vətəndaş cəmiyyətinin inkişafı kimi ümumi dəyərlər.
Əli Hüseynli Avronest PA-nın komitəsinin qəbul etdiyi hesabata mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Avropa İttifaqına üzv olan ölkələr üçün eyni dəyərlər mövcuddur - demokratiya, media azadlığı, insan hüquqları, vətəndaş cəmiyyətinin inkişafı kimi ümumi dəyərlər. Trend-in məlumatına görə, bunu Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin hesabatını qurumun Bakıda keçirilən plenar iclasında müzakirəyə təqdim edən Azərbaycan deputatı, hesabat üzrə həmməruzəçi Əli Hüseynli bildirib.

"Bizim hesabat ideal olmasa da, yaxşı bir başlanğıcdır. Həm Aİ ölkələri, həm də "Şərq Tərəfdaşlığı" ölkələri özünə aid olan tövsiyələri götürə bilər. Hesab edirəm ki, Siyasi komitənin bu sahədə iradəsi mövcuddur və demokratiyanın, azad medianın inkişafı ilə bağlı məsələləri daim gündəmdə saxlamalıdır", - o deyib.

Qeyd edək ki, Avronestin Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin dünən Bakıda keçirilən iclasında "Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrində müstəqil və azad KİV məsələləri də daxil olmaqla, demokratiyanın gələcək problemləri" mövzusunda hesabat qəbul edilib.

Müzakirələr zamanı Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrindən olan deputatlar hesabatla bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, əsas çətinlik qanunların dəyişməsi deyil, insanların baxışlarının dəyişməsinə nail olmaqdır. Deputatlar insan haqlarının, demokratiya məsələsinin Avronest-in daim diqqət mərkəzində olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti