...

Azərbaycan Prezidenti və xanımı Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olublar (FOTO)

Siyasət Materials 3 Aprel 2012 19:33 (UTC +04:00)
Azərbaycan İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kompleksində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Prezidenti və xanımı Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kompleksində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar.

Dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verilib. Qeyd edək ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcək. Burada rahat gediş-gəlişi təmin etmək məqsədilə yol boyu piyada keçidlərinin inşa olunacağı nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinə də baxıblar. Dövlət başçısı və xanımı ərazidə inşa olunan İdman-Konsert Kompleksində aparılan tikinti işlərinin gedişi ilə də tanış olublar.

İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti