...

Rusiya Azərbaycana ehtiram mövqeyində dayanır - səfir

Siyasət Materials 5 Aprel 2012 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir V.Javoronkova/

Rusiya Azərbaycana qarşı tanıma və ehtiram mövqeyində dayanır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri xüsusi xarakter daşıyıb, belə ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuşdu. Bu, tarixi andır və nazir və Rusiya Federasiyası bu səfərlə onu qeyd etmək istəyirdilər ki, biz müstəqil dövlət kimi Azərbaycana qarşı tanıma və hörmət mövqeyində dayanırıq. Bu illər ərzində əldə edilən qarşılıqlı münasibətlər formulu iki ölkə və xalqları naminə işləyir", - o deyib.

"Səfər bizim siyasi kollapsdan - Sovet İttifaqının dağılmasından necə çıxmağımızdan razı qala bilməyimiz baxımından güclü və müsbət siyasi siqnal oldu", - səfir qeyd edib.

Doroxinin sözlərinə görə, iki ölkə arasında normal dialoq aparılır. Hazırda Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvüdür və onunla dünya siyasətinin böyük məsələlərini müzakirə etmək lazımdır və bu çərçivədə Suriya, İran və digər məsələlər müzakirə edilib.

Səfir Lavrovun Azərbaycana səfər ab-havasını müsbət qiymətləndirib və qeyd edib ki, iki ölkə arasındakı qarşılıqlı anlayış ənənəvi olaraq özünü göstərdi.

"Bu, bizim münasibətlərdə yaxşı mərhələ və əlamətdir", - o deyib.

Doroxinin sözlərinə görə, Rusiya XİN rəhbərinin Azərbaycana səfərinin özünəməxsusluğu Azərbaycan gəncəri ilə görüşlər oldu.

"Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçidir. Bizim gələcəkdə Rusiyanın bu məsələdə vasitəçiliyinin necə davam edəcəyinə böyük marağımız var. XİN rəhbəri deyib ki, Rusiyanın bu məsələdə mövqeyi tərəflərə həll yollarının tapılmasında kömək etməyə və bundan sonra da tərəflərin tələblərinin olacağı müddətə qədər vasitəçilk səylərini davam etdirməyə sadiq qalmaqdır", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti