...

Bakıda müxalifətin icazəli mitinqi baş tutub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 Aprel 2012 20:16 (UTC +04:00)
Bibiheybət qəsəbəsində İctimai Palatanın aprelin 8-ə nəzərdə tutulan mitinqi baş tutub.
Bakıda müxalifətin icazəli mitinqi baş tutub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 18:05-də yayılıb)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Mehdiyev/

Bibiheybət qəsəbəsində İctimai Palatanın aprelin 8-ə nəzərdə tutulan mitinqi baş tutub.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, dövlət himnin səslənməsi ilə başlayan aksiyada min nəfərdən bir qədər çox adam iştirak edib. Onların arasında 300-ə yaxın jurnalist, müxalifətçilər və onların yaxınları olub.

Mitinqin aparıcısı İctimai Palata Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli iştirakçılara fəal və emosional olmaq çağırışı ilə müraciət edib.

Aksiyada AXCP sədri Əli Kərimli və onun müavini Gözəl Bayramlı, Müsavat partiyasının sədri İsa Qəmbər, həmçinin də İctimai Palata Koordinasiya Şurasının üzvü Pənah Hüseyn iştirak edib.

Mitinqin iştirakçıları əllərində çoxsaylı transparantlar tutublar. Transparantların böyük bir hissəsi xarici dillərdə olub.

İctimai Palatanın Bakının Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində sürücülük məktəbinin həyətindəki meydançada təşkil etdiyi icazəli mitinq insidentsiz ötüşüb.

Mitinqin sonunda bəyanat oxunub. Bir daha ifa olunan dövlət himnin zamanı fitlər və şüarlar səsləndi.

Polis əməkdaşları mitinq zamanı iştirakçıların təhlükəsizliyini təmin edib

Xəbər lenti

Xəbər lenti