...

Mətbuat Şurası mitinqdə jurnalistlərlə bağlı insident qeydə almayıb

Siyasət Materials 8 Aprel 2012 19:53 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatının aprelin 8-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparıb.
Mətbuat Şurası mitinqdə jurnalistlərlə bağlı insident qeydə almayıb

Azərbaycan, Bakı, 8 aprel /Trend /

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatının aprelin 8-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasından bazar günü Trend-ə verilən məlumata görə, MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb.

Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər. Komissiya üzvləri eyni zamanda müəyyənləşdiriblər ki, aksiyanı işıqlandıran jurnalistlər əvvəlki aksiyalarla müqayisədə üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrində olmağa daha çox üstünlük veriblər.

Xəbər lenti

Xəbər lenti