...

NATO ekspertlərinin Azərbaycana səfəri başlayır

Siyasət Materials 9 Aprel 2012 13:50 (UTC +04:00)
NATO ekspertlərinin Azərbaycana səfəri başlayır
NATO ekspertlərinin Azərbaycana səfəri başlayır

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədlərinin hazırlanması üçün məsləhətləşmələr aparmaq məqsədilə NATO ekspertlərindən ibarət qrup bu il 9-14 aprel tarixlərində ölkəmizdə səfərdə olacaqlar. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın NATO yanındakı Nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, bu məsləhətləşmələr qeyd edilən tərəfdaşlıq mexanizmləri çərçivəsində tərəfdaşlıq məqsədləri üzrə və ölkəmizin NATO ilə tərəfdaşlığa cəlb olunmuş aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə aparılacaq.

Xəbər lenti

Xəbər lenti