...

İranda İsrailə işləyən casus qrupu ifşa olunub

Siyasət Materials 11 Aprel 2012 16:28 (UTC +04:00)
İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi çərşənbə axşamı bir qrup casusun ələ keçirilməsi ilə bağlı bəyanat yayıb.
İranda İsrailə işləyən casus qrupu ifşa olunub

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir D.Xatınoğlu/

İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi çərşənbə axşamı bir qrup casusun ələ keçirilməsi ilə bağlı bəyanat yayıb. Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

"İranlı nüvə alimi Mustafa Əhmədi Rövşənin öldürülməsindən bir neçə ay sonra İran kəşfiyyatı mənzil-qərargahı region ölkələrinin birində yerləşən və İsrailə işləyən casus şəbəkəsini ifşa edə bilib", - nazirliyin bəyanatında deyilir.

İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi həbs olunan casuslar barədə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti