...

Ermənistanda polis rəisi seçkiqabağı təbliğat kampaniyasına qoşulub

Siyasət Materials 13 Aprel 2012 16:49 (UTC +04:00)
Ermənistanda polis rəisi seçkiqabağı təbliöat kampaniyasına qoşulub.
Ermənistanda polis rəisi seçkiqabağı təbliğat kampaniyasına qoşulub

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Ermənistanın Ararat vilayətinin inzibati mərkəzi Artaşat şəhərinin bir qrup sakini "Joxovurd" qəzetinin redaksiyasına müraciət edərək, yerli polis rəisi Arsen Abramyanın 17-ci dairədən hakim Ermənistan Respublika Partiyasından deputatlığa namizəd Karina Poqosyanın təbliğat kampaniyasına qoşulduğunu bildiriblər.

Xatırladaq ki, Arsen Abramyan parlamentin keçmiş spikeri, ERP-nin seçkiqabağı qərargahının rəisi Ovik Abramyanın qohumudur, həmçinin Karina Poqosyan da onun qohumudur. Bütün bunlar o kontekstdə diqqətəlayiqdir ki, Ermənistanın polis rəisi Vladimir Qasparyan yaxın günlərdə "Orinats yerkir" partiyasından majoritar qaydada deputatlığa namizədliyini irəli sürmüş öz qardaşını seçki kampaniyasının strukturuna qoya bilmədiyinə görə Artik şöbəsinin rəhbərini məcburi məzuniyyətə göndərib.

"Arsen Abramyan isə nəinki öz səlahiyyətlərini uğurla yerinə yetirir, həm də öz resursundan ERP-nin təbliğat kampaniyası üçün istifadə edir", - Trend-in məlumatına görə, nəşr yazır.

Xəbər lenti

Xəbər lenti