• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Prezident İlham Əliyev Azərbaycan gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb (FOTO)

13 Aprel 2012 18:18 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında Əsasnamə" (Əlavə I), "Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri" (Əlavə II), "Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında Əsasnamə" (Əlavə III) və "Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri" (Əlavə IV) təsdiq edilsin.

Gömrük orqanlarının bayrağı haqqında Əsasnamədə qeyd olunur ki, Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı gömrük orqanlarının şərəf və şöhrət rəmzidir. Bu bayraq Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.

Gömrük orqanlarına məxsus dəniz və çay gəmiləri Azərbaycan Respublikası gömrük orqanlarının bayrağını daşıyır. Dəniz və çay gəmilərində istifadə olunan Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı hərəkət zamanı qafeldə, dayanacaqda olduqda isə arxa flaqştokda qaldırılır. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri gömrük orqanlarına məxsus hava gəmilərinin üzərinə vurulur.

Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin iş otağında və Komitə tərəfindən keçirilən rəsmi tədbirlər zamanı kollegiya zalında "Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun tələblərinə müvafiq olaraq yerləşdirilir.

Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı eninin uzunluğuna nisbəti 1:2 olan, açıq mavi (səma) rəngli düz dördbucaqlı ipək parçadan hazırlanır. Bayrağın aşağıdakı 1/3 hissəsində soldan sağa doğru avtomobil, dəmir, hava və dəniz yollarının ağ rəngli şərti təsvirləri verilib. Bayrağın yuxarı sol hissəsində Azərbaycan Respublikası gömrük orqanlarının emblemi təsvir edilib. Bayrağın arxa tərəfi üz tərəfinin güzgülü əksi kimi təsvir edilir.

Gömrük orqanlarının emblemi haqqında Əsasnamədə qeyd olunur ki, Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanlarının rəmzidir. Bu emblem Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.

Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanları işçilərinin, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə mənsubiyyətini bildirən nişandır. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Dövlət Gömrük Komitəsinin blanklarında, gömrük orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, gömrük orqanlarına məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində, xüsusi geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin iş otağında, Komitənin kollegiya zalında və Azərbaycan Respublikası gömrük orqanlarının bayrağında da yerləşdirilir.

Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

- Azərbaycan Respublikası gömrük orqanlarının çap məhsullarında, kino, video və foto materiallarında;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (prospektlərdə, bukletlərdə, təqvimlərdə, nişanlarda, vımpellərdə, kiçik bayraqlarda, saatlarda, qablarda, medalyonlarda, dəftərxana ləvazimatında və digər məhsullarda).

Azərbaycan Respublikası gömrük orqanlarının emblemi kənarları tünd yaşıl rəngli xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir olunmuş qızılı rəngli səkkizguşəli ulduz şəklindədir. Emblemin ortasında mavi və boz rəngli elementləri olan qalxan, onun arxasında qara və bürünc rəngli elementləri olan qılınc təsvir edilib. Qalxanı əhatə edən ağ rəngli lentdə tünd yaşıl rənglə "AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK XİDMƏTİ" sözləri yazılıb. Ulduzun aşağı hissəsində sağ və sol tərəflərə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilib. Dəfnə çələnglərindən üstdə ağ rəngli açar şəkli var.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Prezident İlham Əliyev Azərbaycan gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb (FOTO)
  • Prezident İlham Əliyev Azərbaycan gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb (FOTO)
  • Prezident İlham Əliyev Azərbaycan gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb (FOTO)
  • Prezident İlham Əliyev Azərbaycan gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb (FOTO)
Kateqoriyasında olan digər xəbərlər
"Real"la Azər Qasımlının eyni dairə qalmaqalı: müxalif cəbhədə sular indidən bulanır
Siyasət 11:09
Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"
Siyasət 10:46
Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır
Siyasət 08:00
Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib
Siyasət 00:30
Elmar Məmmədyarov Latviyanın müdafiə naziri ilə görüşüb (FOTO)
Siyasət 12 Dekabr 23:02
Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb (FOTO)
Siyasət 12 Dekabr 21:41
Xəbər lenti
Sabah daha bir ağacəkmə aksiyası keçiriləcək - Meşə fondu ərazisində
Gündəm 11:22
Azərbaycan qadın sahibkarlığına böyük diqqət ayırır - Nazir müavini
Biznes və iqtisadiyyat xəbərləri 11:21
Şəkidə keçmiş məhkum yenidən cinayət törətdi - Qadına qarşı
Hadisə 11:15
"Real"la Azər Qasımlının eyni dairə qalmaqalı: müxalif cəbhədə sular indidən bulanır
Siyasət 11:09
Expressbank növbəti mükafatını aldı! (FOTO)
Cəmiyyət 11:00
ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb (FOTO)
Dünya xəbərləri 11:00
Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"
Siyasət 10:46
Bank Respublika və AYİB arasında iki böyük kredit sazişi bağlandı (FOTO)
İqtisadiyyat 10:45
Avtomobildə 45 kq at əti daşıyan şəxs saxlanılıb (FOTO)
Hadisə 10:37
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir
Milli inkişaf strategiyasının müəllifi
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri