...

Bakıda şagirdlər üçün BMT Modelinin dördüncü konfransı keçirilib

Siyasət Materials 14 Aprel 2012 13:54 (UTC +04:00)
Bu gün Bakıda şagirdlər üçün BMT Modelinin dördüncü konfransı keçirilib.
Bakıda şagirdlər üçün BMT Modelinin dördüncü konfransı keçirilib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda şagirdlər üçün BMT Modelinin dördüncü konfransı keçirilib.

Trend-in məlumatına görə, BMT-nin Azərbaycanda fəaliyyət göstərməsinin 20 illiyinə həsr edilmiş konfransında Bakıda yerləşən 12 məktəbdən 120-ə qədər şagird iştirak edib.

Məktəblilər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təmsil olunmuş müxtəlif ölkələrin rollarını ifa edib, insan alverinə son qoyulması və ya təsirinin minimallaşdırılması mövzusunda digər nümayəndələrlə danışıqlar və müzakirələr aparıb.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi, Azərbaycan Beynəlxalq Məktəbi (TİSA) və Bakı Oksford Məktəbi (BOS) ilə birgə təşkil edilən konfransın açılışında BMT-nin rezident-əlaqələndiricisi Fikrət Akçura, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, ATƏT-in Azərbaycandakı nümayəndəsi Koray Targay və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Erhan Aktoprak çıxış edib.

"Tədbirin təşkilatçıları olaraq, biz iştirakçıların zəngin təcrübə qazana bilmələri üçün əlimizdən gələni əsirgəmirik. Ümid edirik ki, nəticədə azərbaycanlı gənclər bu konfransdan əvəzsiz təcrübə, qəlblərində hərarət və çöhrələrində təbəssümlə ayrılacaqlar", - xanım Selimoviç qeyd edib.

Konfransın əsas məqsədi iştirakçıları dünyada baş verən son hadisələr, effektiv kommunikasiya, qloballaşma və çoxtərəfli diplomatiya haqqında maarifləndirməkdir.

Xəbər lenti

Xəbər lenti