...

İran və "altılıq" ölkələri İstanbulda nüvə məsələsini müzakirə ediblər

Siyasət Materials 15 Aprel 2012 11:26 (UTC +04:00)
İran və Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya arasında nüvə müzakirələri keçirilib.
İran və "altılıq" ölkələri İstanbulda nüvə məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 15 aprel / Trend /

İran və Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya arasında nüvə müzakirələri keçirilib.

Trend-in məlumatəna görə, haberturk bildirir ki, Türkiyənin İstanbul şəhərində 10 saata yaxın davam edən müzakirələr Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Ketrin Eşton və İran İslam Respublikasının ali liderinin nümayəndəsi və Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin rəhbərliyi ilə keçirilib.

Görüşlərdən sonra verdiyi mətbuat konfransında Ketrin Eşton bildirib ki, İranla nüvə məsələsində aparılan danışıqlar konstruktiv və faydalı keçib.

Eşton bildirib ki, Nüvə Silahlarının Yayılmasının Qarşısının alınması üzrə Razılaşmanı yerinə yetirdiyi təqdirdə İranın nüvə enerjisinin sülh məqsədlərlə istifadəsinə hörmətlə yanaşılacaq.

Müzakirələrdə dialoqlar çərçivəsində təcili və praktik addımlar ataraq təhlükəsizliyi artıran tədbirlərin görülməsi və İranın bütün beynəlxalq öhdəliklərini yerinə yetirməsi məsələlərinə toxunulduğunu deyən Eşton qeyd edib ki, bu məsələ ilə bağlı növbəti görüş mayın 23-də baş tutacaq. Həmin vaxta kimi tərəflərin nümayəndələri görüşəcəklər.

"Bundan sonra fikrimizi konkret, praktik addımlar üzərində cəmləşdirəcəyik. Bir neçə həftə içərisində bunun başlanğıc təməlləri atılacaq", - Eşton deyib.

Cəlili də açıqlamasında, faydalı müzakirələrin keçdiyini vurğulayıb. "İllərlə biz doğru addımlar atdıq və bu günə qədər gəldiyimiz nöqtəni təməl kimi qəbul edərək irəliyə doğru davam etdiyimizdən, müzakirələrin uğurlu keçəcəyinə inanıram", - Cəlili deyib.

Xəbər lenti

Xəbər lenti