...

Elmar Məmmədyarov Litvanın keçmiş dövlət başçısını qəbul edib

Siyasət Materials 16 Aprel 2012 18:59 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib
Elmar Məmmədyarov Litvanın keçmiş dövlət başçısını qəbul edib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı regional və beynəlxalq məsələlər, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlər, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, həmçinin Aİ ilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti