...

ISAF komandanlığı azərbaycanlı sülhməramlıların hazırlıq səviyyəsini yüksək qiymətləndirir (FOTO)

Siyasət Materials 19 Aprel 2012 04:12 (UTC +04:00)
ISAF komandanlığı Əfqanıstanda xidmət edən azərbaycanlı sülhməramlıların hazırlıq səviyyəsini yüksək qiymətləndirir.
ISAF komandanlığı azərbaycanlı sülhməramlıların hazırlıq səviyyəsini yüksək qiymətləndirir (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Əliyev/

ISAF komandanlığı Əfqanıstanda xidmət edən azərbaycanlı sülhməramlıların hazırlıq səviyyəsini yüksək qiymətləndirir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliyindən məlumat verilib.

Səfir Daşqın Şikarov Kabildə Azərbaycanın sülməramlı kontingenti ilə görüşüb. O, şəxsi heyətlə görüş zamanı son vaxtlar Əfqanıstanda baş verən döyüşlərlə əlaqədar sülhməramlılarımızın vəziyyəti ilə maraqlanıb. Əsgərlər bildiriblər ki, terrorçuların hücumlarının kontingentimizin mövqelərinin yaxınlığında baş verməsinə baxmayaraq, sülməramlılarımız arasında yaralanan və xəsarət alan yoxdur və əsgərlərimizdən heç biri döyüşlərdə iştirak etməyib.

Səfir ISAF beynəlxalq sülhməramlı qüvvələrinin komandanlığı ilə görüşüb. Onlar azərbaycanlı əsgər və zabitlərin hazırlıq və qoyulan vəzifələrin yerinə yetirilməsi səviyyəsini yüksək qiymətləndiriblər.

Şikarov, həmçinin əsgərlərimizin məişət şəraitləri ilə tanış olaraq, məşq düşərgəsi və yeməkxanaya baş çəkib. Bundan sonra o, əsgərlərimizin hərbi şəhərciyində təşkil edilən Heydər Əliyev muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti