...

Prezident İlham Əliyev Dubay Əmiri Administrasiyasının rəhbərini qəbul edib

Siyasət Materials 19 Aprel 2012 18:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybanini qəbul etmişdir.
Prezident İlham Əliyev Dubay Əmiri Administrasiyasının rəhbərini qəbul edib

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybanini qəbul etmişdir.

Trend-in məlumatına görə, Məhəmməd Əl Şaybani Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı Dubayda keçirdiyi görüşləri məmnunluqla xatırladı. Azərbaycan ilə Dubay Əmirliyi arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dubay Əmirinə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti