...

Suriyada atəşkəs 98 dəfə pozulub - müxalifət

Siyasət Materials 20 Aprel 2012 16:32 (UTC +04:00)
Suriya hakimiyyəti atəşkəs rejimini 98 dəfə pozub ki, bu da BMT və Ərəb Dövlətləri Liqasının Suriyadakı xüsusi nümayəndəsi Kofi Annanın planının birbaşa pozulması deməkdir.
Suriyada atəşkəs 98 dəfə pozulub - müxalifət

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Tağıyeva/

Barışıq elan edildikdən sonra Suriya hakimiyyəti atəşkəs rejimini 98 dəfə pozub ki, bu da BMT və Ərəb Dövlətləri Liqasının Suriyadakı xüsusi nümayəndəsi Kofi Annanın planının birbaşa pozulması deməkdir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi Suriya müxalifətinə istinadən məlumat verir.

Müxalifətin bildirdiyinə görə, polis forması geyinən Suriya ordusunun üzvləri şəhərlərə nəzarət etməyə davam edir və dinc sakinlərə atəş açır.

"Digər tərəfdən, Annanın təmsilçisi Əhməd Fauzi deyib ki, BMT-nin yeddi müşahidəçisi artıq Suriyadadır, daha ikisi bazar ertəsi gələcək, 30 nəfərdən ibarət bütün qrupun isə ölkəyə növbəti həftə ərzində gəlməsi gözlənilir", - "İnterfaks" məlumat verir.

Onun sözlərinə görə, tərəflər, həmçinin Suriyada müşahidəçilərin sayını 300 nəfərə çatdırmaq məsələsini müzakirə edirlər.

Xəbər lenti

Xəbər lenti