...

Azərbaycan deputatı ATƏT-in İqtisadiyyat və Ətraf Mühit Forumunun hazırlıq görüşündə iştirak edəcək

Siyasət Materials 21 Aprel 2012 14:29 (UTC +04:00)
Azərbaycanın millət vəkili Bəxtiyar Əliyev ATƏT-in XX İqtisadiyyat və Ətraf Mühit Forumunun ikinci hazırlıq görüşündə iştirak etmək üçün aprelin 22-dən 24-dək İrlandiyada səfərdə olacaq.
Azərbaycan deputatı ATƏT-in İqtisadiyyat və Ətraf Mühit Forumunun hazırlıq görüşündə iştirak edəcək

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Azərbaycanın millət vəkili Bəxtiyar Əliyev ATƏT-in XX İqtisadiyyat və Ətraf Mühit Forumunun ikinci hazırlıq görüşündə iştirak etmək üçün aprelin 22-dən 24-dək İrlandiyada səfərdə olacaq.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, Dublin şəhərində baş tutacaq toplantı "Yaxşı idarəçilik təcrübələrinin dəstəklənməsi və sosial-iqtisadi inkişaf naminə Korrupsiyaya qarşı mübarizə" mövzusuna həsr edilib.

Görüşün əsas məqsədi bu sahədə ehtiyac və prioritetləri müəyyən etmək, quruma üzv olan ölkələrdə maarifləndirməni və siyasi iradəni gücləndirmək, yaxşı təcrübələrin dəstəklənməsində təşkilatın siyasi rolunun artırılmasından ibarətdir. Burada iştirakçılar korrupsiya ilə mübarizədə ATƏT öhdəliklərinin icrasını bir daha nəzərdən keçirəcəklər.

Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.

Xəbər lenti

Xəbər lenti