...

İraqın gələcəyi təhlükə altındadır - Tariq əl-Haşimi

Siyasət Materials 24 Aprel 2012 10:23 (UTC +04:00)
İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi İraqın gələcəyinin təhlükə altında olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.
İraqın gələcəyi təhlükə altındadır - Tariq əl-Haşimi

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir A.Tağıyeva/

İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi İraqın gələcəyinin təhlükə altında olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

"İraqın gələcəyi təhlükə altındadır və bu ölkədə baş verən siyasi proseslər qonşu ölkələrə və xüsusən Türkiyəyə təsir edə bilər", - Haşimi deyib.

O, həmçinin qeyd edib ki, İraqdakı siyasi çaxnaşma ölkəni məzhəblərarası toqquşmaya apara bilər.

Keçən ilin dekabrında İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşiminin həbsinə order verilib. Haşimi "terror fəaliyyətində" əli olmaqda şübhəli bilinir.

Haşimi uzun müddət İraqın şimalındakı kürd administrasiyasında sığınacaq tapsa da, bir ay əvvəl Səudiyyə Ərəbistanına gedib.

Xəbər lenti

Xəbər lenti