...

Ramil Usubov Bolqarıstan daxili işlər nazirinin müavini ilə görüşüb

Siyasət Materials 27 Aprel 2012 18:14 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bolqarıstanın Baş naziri Boyko Borisovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş daxili işlər nazirinin müavini Veselin Vuçkovu qəbul edib.
Ramil Usubov Bolqarıstan daxili işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bolqarıstanın Baş naziri Boyko Borisovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş daxili işlər nazirinin müavini Veselin Vuçkovu qəbul edib.

DİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, nazir daxili işlər orqanlarının müstəqillik illərində keçdiyi çətin, eyni zamanda, şərəfli yoldan, Avropa dəyərlərinə söykənən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb, həyata keçirilən islahatlar, yaranmış ictimai-siyasi sabitlik nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, vətəndaşlarımızın və əcnəbilərin təhlükəsiz yaşayıb-işləmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

Görüşdə dost ölkənin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağı, ölkələrimiz arasında əlaqələrin inkişafına, müvafiq qurumlar arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Mayın sonlarında Bolqarıstan Baş nazirinin müavini, daxili işlər naziri Tsvetan Tsvetanovun Azərbaycana rəsmi səfərə gələcəyi, ümumiyyətlə, iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə bir sıra digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti