...

Azərbaycan Parlamentində Şuşanın işğalının 20-ci ildönümünə dair müzakirələr başlayıb

Siyasət Materials 1 May 2012 12:00 (UTC +04:00)
Çərşənbə axşamı Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, iclasda deputatların müzakirəyə çıxardığı ilk məsələ Şuşa şəhərinin işğalının 20 illiyi haqqındadır.
Azərbaycan Parlamentində Şuşanın işğalının 20-ci ildönümünə dair müzakirələr başlayıb

Azərbaycan, Bakı, 1 may /Trend müxbir M.Əliyev/

Çərşənbə axşamı Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, iclasda deputatların müzakirəyə çıxardığı ilk məsələ Şuşa şəhərinin işğalının 20 illiyi haqqındadır.

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirib. Şəhərin kütləvi şəkildə artilleriya atəşinə tutulması mayın 8-də səhər saat 6-dək davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın əvvəldən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, işğal nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

Xəbər lenti

Xəbər lenti