...

İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib

Siyasət Materials 4 May 2012 19:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı verib.
İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı verib.

"Mahaçqalada terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkmişlərin tezliklə sağalmasını arzu edirəm", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti