...

Bakıda Şuşanın işğalının 20-ci ildönümünə həsr olunan elmi-praktiki konfrans keçirilib

Siyasət Materials 7 May 2012 14:21 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Şuşanın işğalının 20-ci ildönümünə həsr olunan "Şuşa: Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Bakıda Şuşanın işğalının 20-ci ildönümünə həsr olunan elmi-praktiki konfrans keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Şuşanın işğalının 20-ci ildönümünə həsr olunan "Şuşa: Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, tədbiri Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, ermənilərin əsrlər boyu xalqımıza qarşı apardıqları təxribatlarını qeyd edib, Şuşanın işğalı nəticəsində Azərbaycana, onun mədəniyyətinə vurulan maddi-mənəvi zərərdən danışıb.

Ələkbərov həmçinin ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra xalqımızın üzləşdiyi fəlakətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması yönündə gördüyü xidmətləri xatırladıb. Rektor Prezident İlham Əliyevin Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncamı xatırladaraq onun əhəmiyyətindən danışıb.

Elmi-praktik konfransda "Şuşa-Azərbaycanın milli-mədəni mərkəzi kimi", "Şuşasız 20 il", "Şuşanın tarixi, siyasi və strateji əhəmiyyəti" mövzularında məruzələr səsləndirilib.
Tədbirdə "Şuşa işgaldan əvvəl və sonra" adlı video-slayd nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti