...

Gürcüstan XİN: Azərbaycan David Qareci kompleksi üzrə öhdəliklərinə əməl edir

Siyasət Materials 18 İyun 2012 14:57 (UTC +04:00)
Azərbaycan tərəfi ilə David Qareci monastır kompleksinin ərazisi üzrə sərbəst hərəkət haqqında saziş qüvvədədir.
Gürcüstan XİN: Azərbaycan David Qareci kompleksi üzrə öhdəliklərinə əməl edir

Gürcüstan, Tbilisi, 18 iyun /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan tərəfi ilə David Qareci monastır kompleksinin ərazisi üzrə sərbəst hərəkət haqqında saziş qüvvədədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze ənənəvi brifinqdə bildirib.

Bununla da Kalandadze Azərbaycan sərhədçilərinin kompleksin bu ölkə ərazisində yerləşən hissəsində zəvvarların hərəkətinə yenidən mane yaratdığını iddia edən Gürcüstanın bəzi mətbuat orqanlarının məlumatlarını təkzib edib.

"Saziş Azərbaycan sərhədçilərinin getməsinə deyil, zəvvarların və dini şəxslərin kompleksin bütün ərazisi boyunca sərbəst hərəkətinə aiddir və bu saziş fəaliyyət göstərir", - nazir müavini deyib.

Kalandadze qeyd edib ki, saziş sərhədlərin delimitasiyası ilə bağlı işlər yekunlaşanadək qüvvədə olacaq.

Xəbər lenti

Xəbər lenti