...

İSESCO-nun rüblük jurnalının xüsusi buraxılışında Azərbaycanın birinci xanımının təbrik məktubu dərc edilib

Siyasət Materials 4 İyul 2012 21:16 (UTC +04:00)
İSESCO-nun 1986-cı ildən ərəb, fransız və ingilis dillərində nəşr etdirdiyi rüblük jurnalının qurumun 30 iliyinə həsr olunmuş xüsusi buraxılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurumun yaranmasının 30 illiyi münasibətilə təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə göndərdiyi təbrik məktubunun mətni dərc edilib.
İSESCO-nun rüblük jurnalının xüsusi buraxılışında Azərbaycanın birinci xanımının təbrik məktubu dərc edilib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

İSESCO-nun 1986-cı ildən ərəb, fransız və ingilis dillərində nəşr etdirdiyi rüblük jurnalının qurumun 30 iliyinə həsr olunmuş xüsusi buraxılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurumun yaranmasının 30 illiyi münasibətilə təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə göndərdiyi təbrik məktubunun mətni dərc edilib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Mehriban xanım Əliyeva təbrik məktubunda təşkilatın xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsində, təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində rolunu yüksək qiymətləndirilib.

Jurnalda bu ilin ikinci yarısında İSESCO-nun keçirəcəyi tədbirlər barədə xülasə də dərc edilmişdir. Bu bölmədə bildirilir ki, İSESCO Azərbaycan hökuməti ilə birlikdə cari ilin avqustunda Bakıda "Orta Asiya ölkələrində müsəlmanlar arasında mədəni dialoq və həmrəyliyin gücləndirilməsində medianın rolu" mövzusunda seminar keçirəcəkdir.

Nəşrdə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin təşkilatın qərargahı yerləşən dövlətdə və xaricdə diplomatik, akademik və media sahəsində fəaliyyəti, İSESCO-nun sahəvi şöbələrinin, həmçinin İslam Dünyası Universitetləri Birliyinin 2012-ci il aprel, may və iyun ayları ərzində gördüyü işlər işıqlandırılmışdır.

Bu nömrədə İSESCO-nun təsis edilməsinin 30 illiyinə həsr edilmiş xüsusi bölmə, İƏT üzvü olan ölkələrin ekologiya nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilmiş beşinci konfransına dair material və 2012-ci il Afrika regionundan İslam mədəniyyəti paytaxtı elan olunması münasibətilə Niger Respublikası və Niyami şəhəri haqqında məlumat verilib.

Xəbər lenti

Xəbər lenti