...

Azərbaycan-CAR biznes əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub

Siyasət Materials 5 İyul 2012 16:39 (UTC +04:00)
Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov bu ölkənin ticarət və sənaye naziri Rob Davides ilə görüş keçirib. Görüşdə Azərbaycanın iqtisadi vəziyyəti, regionda aparıcı dövlət olduğu, Azərbaycan-CAR biznes əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan-CAR biznes əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov bu ölkənin ticarət və sənaye naziri Rob Davides ilə görüş keçirib. Görüşdə Azərbaycanın iqtisadi vəziyyəti, regionda aparıcı dövlət olduğu, Azərbaycan-CAR biznes əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın CAR-dakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, həmçinin, tərəflər Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə CAR Ticarət və Sənaye Nazirliyi arasında münasibətlərin qurulması, iki nazirlik arasında əməkdaşlıq üçün hüquqi bazanın yaradılması, iki ölkənin iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi kimi məsələləri müzakirə ediblər.

Səfir Azərbaycan iqtisadiyyatının və Azərbaycanın maliyyə imkanları haqqında məlumat verərək, ölkəmizin CAR iqtisadiyyatına sərmayələrin qoyulmasında maraqlı olduğunu qeyd edib, Azərbaycanın bu gün Gürcüstan, Türkiyə, Ukrayna də digər ölkələrdə iri sərmayə layihələrini həyata keçirdiyini bildirib.

Daha sonra nazirə regionda baş verən siyasi proseslər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verilib və ölkəmiz barədə materiallar müqabil tərəfə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti