...

Azərbaycandakı Belarus vətəndaşları öz ölkələrində keçirilən parlament seçkilərində iştirak edə biləcəklər

Siyasət Materials 7 Avqust 2012 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycanda müvəqqəti yaşayan Belarus vətəndaşları Belarusun beşinci çağırış Milli Yığıncağının Nümayəndələr Palatasına deputat seçkilərində iştirak edə biləcəklər.

2012-ci il sentyabrın 23-də Belarusun beşinci çağırış Milli Yığıncağının Nümayəndələr Palatasına deputat seçkiləri keçiriləcək.

"Azərbaycanda daimi yaşayan və ya seçkilər dövründə müvəqqəti Azərbaycanda olan Belarus vətəndaşlarının səsvermədə iştirak etməsi məqsədilə Belarusun Azərbaycandakı səfirliyində 716 saylı səsvermə məntəqəsi yaradılıb" , - Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı səfirliyin məlumatında deyilir.

Məntəqənin yerləşdiyi ünvan: Bakı şəhəri, AZ 1069, Gənclik mikrorayonu, K. Hüseyn küçəsi, 64 (telefon: 436-46-38, faks: 436-46-37, elektron ünvan [email protected])

Belarus qanunvericiliyinə uyğun olaraq 18 yaşına çatan vətəndaşlar seçkilərdə iştirak etmək hüququna malikdir.

Səfirlik Belarus vətəndaşlarını 2012-ci il sentyabrın 23-də saat 08:00-dan 20:00-dək səsvermədə iştirak etməyə çağırır. Hər hansı səbəbdən bilavasitə seçki günündə səs vermək üçün məntəqəyə gələ bilməyəcək vətəndaşlar 2012-ci il sentyabrın 18-22-də saat 10:00-14:00-dək və 16:00-19:00-dək vaxtından əvvəl səs verə biləcəklər.

Xəbər lenti

Xəbər lenti