...

Azərbaycan və Yunanıstan arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 26 Sentyabr 2012 12:56 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulos ilə görüş keçirib.
Azərbaycan və Yunanıstan arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulos ilə görüş keçirib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Məmmədyarov ölkəmizdə aparılan iqtisadi islahatlardan, milli iqtisadiyyatın şaxələndirliməsi siyasəti sayəsində əldə edilən uğurlardan söz açıb. Nazir, həmçinin Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkənin iqtisadi missiyalarının qarşılıqlı səfərlərinin artırılması imkanlarının araşdırılmasının vacibliyini qeyd edib.

Dimitris Avramopoulos Yunanıstanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında, xüsusən də enerji və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Yunanıstanlı nazir Azərbaycanın güclü və şaxələnmiş iqtisadiyyata malik olduğunu və bu səbəbdən də iqtisadi böhrandan demək olar ki, ziyan görmədiyini xüsusi vurğulayıb. O, həmçinin ölkəsində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti