...

Əfqanıstan Prezidenti Həmid Kərzai Azərbaycana səfərə gəlib

Siyasət Materials 15 Oktyabr 2012 18:59 (UTC +04:00)
Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycana səfərə gəlib.
Əfqanıstan Prezidenti Həmid Kərzai Azərbaycana səfərə gəlib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycana səfərə gəlib.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan Prezidentini hava limanında Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti