...

Prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib (FOTO)

Siyasət Materials 28 Oktyabr 2012 11:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev  Beyləqan rayonuna səfərə gəlib (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət etdi.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında rayon sakinləri, eləcə də qonaqların istirahətinin mənalı təşkili üçün hərtərəfli şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti