...

Azərbaycan və İranın hərbi əlaqələri müzakirə edilib

Siyasət Materials 31 Oktyabr 2012 12:03 (UTC +04:00)
Oktyabrın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.
Azərbaycan və İranın hərbi əlaqələri müzakirə edilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Oktyabrın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

MN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın müdafiə naziri yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.

Görüşdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Səfir Möhsün Pakayin İran İslam Respublikasının Azərbaycan Respublikasına təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti