...

Rusiya parlamentariləri gələn il Gürcüstana səfər edəcəklər

Siyasət Materials 28 Noyabr 2012 13:52 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Gürcüstan nümayəndə heyətinin rəhbəri David Saqanelidze Rusiya nümayəndə heyətini qurumun gələn ilin oktyabr ayında Tbilisidə keçiriləcək iclasına dəvət edib.
Rusiya parlamentariləri gələn il Gürcüstana səfər edəcəklər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Gürcüstan nümayəndə heyətinin rəhbəri David Saqanelidze Rusiya nümayəndə heyətini qurumun gələn ilin oktyabr ayında Tbilisidə keçiriləcək iclasına dəvət edib.

Trend-in məlumatına görə, Saqanelidze bu təkliflə çərşənbə günü Bakıda keçirilmiş QDİƏT PM Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edib.

"İki ölkə arasında siyasi baxımdan narazılıqları ola bilər, lakin QDİƏT iqtisadi formatda olan bir qurumdur. QDİƏT siyasi məsələlərə toxunmur və Qara dəniz ətrafındakı ölkələrin iqtisadi əməkdaşlığını təmin edir", - Saqanelidze deyib.

Təklifə münasibət bildirən Rusiyanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanov bu təklifi müsbət qarşılayıb. O qeyd edib ki, QDİƏT çərçivəsində əməkdaşlığa Rusiya tərəfi də maraqlıdır.

"Biz sizin təklifinizi müsbət qəbul edirik və söz veririk ki, sizin dəvət məktubunuzu itirməyəcəyik", - Yemelyanov Ermənistanın Azərbaycanın dəvət məktubunu itirməsinə eyham vuraraq bildirib.

Xatırladaq ki, QDİƏT PM-də sədrlik bu gün Azərbaycandan Bolqarıstana keçib, may ayında isə sədrliyin Gürcüstana keçəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti