...

Mübariz Əhmədoğlu: Serj Sarkisyanın Avropa ilə yaxınlaşmaqda əsas məqsədi pul qopartmaqdır

Siyasət Materials 5 Dekabr 2012 14:31 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu Ermənistanda prezident və xarici işlər naziri qəbul etmədilər.
Mübariz Əhmədoğlu: Serj Sarkisyanın Avropa ilə yaxınlaşmaqda əsas məqsədi pul qopartmaqdır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu Ermənistanda prezident və xarici işlər naziri qəbul etmədilər. Bunu çərşənbə günü Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, Avropa Komissiyanın sədri Joze Manuel Barrozo və Avropa Xalq Partiyasının rəhbəri Vilfrid Martens ilə görüş Serj Sarkisyana və Edvard Nalbandyana belə addım atmağa şərait yaratdı.

"Sərkisyanın Avropa ilə yaxınlaşmaqda əsas məqsədi pul qopartmaqdır. Qarabağ münaqişəsini tənzimləmək və Türkiyə ilə münasibətləri normallaşdırmaqla bağlı Avropa liderlərinin qarşısında söylədiyi fikirlər yalnız bu məqsədə xidmət edir", - politoloq deyib.

O bildirib ki, Aİ-nin Ermənistanda tədbir keçirməsi xristian makleri, şuler, quldur və yalançı psixologiyalı Serj Sarkisyanın şəxsi maraqlarına xidmət etdiyini göstərmək üçün gözəl misaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti