Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Müdafiə naziri Səfər Əbiyev Bolqarıstanın Azərbaycandakı səfirini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 17-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanı qəbul edib.
Görüş zamanı ölkələrarası hərbi-texniki əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.