...

Haşimi Rəfsəncani: Ölkədə vəziyyətin balanslaşdırılması üçün azad, şəffaf və qanuni seçkilərin keçirilməsi şərtdir

Siyasət Materials 24 Dekabr 2012 12:34 (UTC +04:00)
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ölkədə vəziyyətin balanslaşdırılması üçün azad, şəffaf və qanuni seçkilərin keçirilməsinin əsas şərt olduğunu bildirib.
Haşimi Rəfsəncani: Ölkədə vəziyyətin balanslaşdırılması üçün azad, şəffaf və qanuni seçkilərin keçirilməsi şərtdir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbirlər T.Cəfərov /

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ölkədə vəziyyətin balanslaşdırılması üçün azad, şəffaf və qanuni seçkilərin keçirilməsinin əsas şərt olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə İranın İLNA agentliyi xəbər verir.

"Azad,şəffaf və qanuni seçkilər keçirilərsə, bütün siyasi fəallar və xalq səsvermə qutularından çıxan nəticələrlə razılaşar və dövlətə ölkənin problemlərinin həllində yardımçı olar", - Məsləhət Şurasının sədri olan Rəfsəncani bu gün Təbriz və Tehran universitetlərinin İslami birliklərinin üzvləri ilə görüşündə bildirib.

O, ölkədə vəziyyətin balanslaşdırılmasının mövcud problemlərin yeganə həll yolu olduğunu qeyd edib.

İranda 2009-cu il prezident seçkilərindən sonra ölkənin Məsləhət Şurasının sədri və eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin uşaqları Mehdi və Faizə ölkədə qarışıqlıq yaratmaqda, həmçinin 2009-cu ilin iyununda prezident seçkilərinin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə dəfələrlə ittiham ediliblər. Mehdi Haşimi sentyabrda Böyük Britaniyadan Tehrana gələrkən həbs edilib. O, Böyük Britaniyada üç il yaşadıqdan sonra Tehrana qayıdıb, həbs olunduqdan sonra Evin həbsxanasına gətirilib. Hazırda isə o zaminə buraxılıb. Faizə Rəfsəncaniyə 2011-ci ilin yanvar ayında analoji ittihamla altı ay həbs cəzası kəsilsə də, qərar bu ilin sentyabr ayından qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti