...

Ermənistan MSK: Prezident seçkilərinin təxirə salınması barədə qərarı yalnız Konstitusiya Məhkəməsi qəbul edə bilər

Siyasət Materials 1 Fevral 2013 17:07 (UTC +04:00)
Prezident seçkilərinin təxirə salınmasına dair qərarı yalnız Konstitusiya Məhkəməsi qəbul edə bilər. Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir ki, bu barədə jurnalistlərə Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib.
Ermənistan MSK: Prezident seçkilərinin təxirə salınması barədə qərarı yalnız Konstitusiya Məhkəməsi qəbul edə bilər

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Prezident seçkilərinin təxirə salınmasına dair qərarı yalnız Konstitusiya Məhkəməsi qəbul edə bilər. Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir ki, bu barədə jurnalistlərə Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib.

"Qanunvericiliyə görə, prezidentliyə namizəd seçkilərdə iştirak üçün keçilməz maneələrlə qarşılaşdığı halda Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malikdir və KM dörd gün ərzində bu müraciətə baxmalıdır", - Mukuçyan deyib.

Parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının sədri David Arutyunyan izah edib ki, Ermənistan MSK bu gün sui-qəsdə məruz qalmış prezidentliyə namizəd Payuyr Ayrikyanın özü tərəfindən təşəbbüs edilən prosedurlarsız seçkilərin təxirə salınmasına dair səlahiyyətlərə malik deyil.

Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yaradılarsa, seçkilər iki həftə müddətində təxirə salınır.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-nə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti