...

Soydaşımız Gürcüstanda hakim partiyanın Siyasi Şurasında yer alıb

Siyasət Materials 17 Fevral 2013 01:39 (UTC +04:00)
Hakim "Gürcü arzusu" Siyasi Şurasina seçilən azərbaycanlı "Mənim Vətənim" ictimai təşkilatın liderı Əli Babayevdir. Əli Babayev şənbə günü keçirilən hakim partiyanın qurultayında yekdilliklə səs alıb.
Soydaşımız Gürcüstanda hakim partiyanın Siyasi Şurasında yer alıb

Gürcüstan, Tbilisi 17 fevral /Trend, N. Kirtsxalia/

Hakim "Gürcü arzusu" Siyasi Şurasına seçilən azərbaycanlı "Mənim Vətənim" İctimai təşkilatın liderı Əli Babayevdir. Əli Babayev şənbə günü keçirilən hakim partiyanın qurultayında yekdilliklə səs alıb. Soydaşımız ilə yanaşı millət vəkilləri və hökumət nümayəndələrindən ibarət daha 20 nəfər də partiyanın Siyasi qanadında təmsil edilib.

Hakim partiyanın baş katibini seçmək də 21 nəfərdən ibarət Siyasi Şuraya həvalə edilib. Partiyanın fəxri sədri isə Gürcüstanın baş naziri Bidzina İvanişvili seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti