...

Cənubi Koreyanın prezidenti birləşmə məsələləri üzrə nazir postuna namizəd irəli sürüb

Siyasət Materials 17 Fevral 2013 12:10 (UTC +04:00)
Cənubi Koreyanın prezidenti Pak Kın Xe birləşmə məsələləri üzrə nazir postuna Şimali Koreya problemləri üzrə mütəxəssis Lyu Kilcenin namizədliyini irəli sürüb.
Cənubi Koreyanın prezidenti birləşmə məsələləri üzrə nazir postuna namizəd irəli sürüb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Cənubi Koreyanın prezidenti Pak Kın Xe birləşmə məsələləri üzrə nazir postuna Şimali Koreya problemləri üzrə mütəxəssis Lyu Kilcenin namizədliyini irəli sürüb. Trend-in RİA Novostoyə istinadən yaydığı məlumata görə, bunu bazar günü prezident administrasiyasının rəsmisi jurnalistlərə bildirib.

Məlumatda deyilir ki, Lyu Kilcenin namizədliyini parlament təsdiqləməlidir. Hazırda Lyu Kilce Seul Milli Universitetinin professorudur.

Qeyd edək ki, Pak Kın Xe yeni nazirlər kabineti formalaşdırır. Ötən ilin 19 dekabr tarixində keçirilmiş seçkilərdə qalib gələn Pak Kın Xe Cənubi Koreya tarixində ilk qadın prezident seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti