...

Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə tranziti ilə bağlı sənəd ratifikasiya edildi

Siyasət Materials 22 Fevral 2013 12:58 (UTC +04:00)
Trend-in məlumatına görə, parlamentin cümə günü keçirilən iclasında bununla bağlı "Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında" Anlaşma Memorandumu təsdiq edilib.
Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə tranziti ilə bağlı sənəd ratifikasiya edildi

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/

Milli Məclis Azərbaycan qazının Türkiyədən tranzit kimi keçməsi ilə bağlı sənədi ratifikasiya edib.

Trend-in məlumatına görə, parlamentin cümə günü keçirilən iclasında bununla bağlı "Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında" Anlaşma Memorandumu təsdiq edilib.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, bu memorandum sazişlər paketində olan sənədlərdən biridir. Onun sözlərinə görə, bu silsilədən hələ xeyli sayda sənəd qəbul olunacaq.

İclasda, həmçinin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi ilə bağlı sənəd qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti