Azərbaycan, Bakı, 25 fevral /Trend/
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 18-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.
Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, rəsmi məlumata görə, indiki dövlət başçısı Serj Sarkisyan birinci turda seçicilərin 58,64 faiz səsini toplayaraq qalib gəlib.
36,74 faiz səs toplayan İrs Partiyasının lideri Raffi Ovannisyan isə ikinci yerdə qərarlaşıb.