...

Prezident İlham Əliyevin Monteneqro Respublikasına rəsmi səfəri başlayıb (FOTO)

Siyasət Materials 12 Mart 2013 14:20 (UTC +04:00)
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti Monteneqro Respublikasına rəsmi səfərə gəlib. Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.
Prezident İlham Əliyevin Monteneqro Respublikasına rəsmi səfəri başlayıb  (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Respublikasına rəsmi səfərə gəlib. Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.

Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vujanoviç qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vujanoviçə təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti