...

İraq Türkiyə ilə siyasi yaxınlaşmanı alqışlayır

Siyasət Materials 6 Aprel 2013 12:11 (UTC +04:00)
İraq əsasını ümumi xeyir, qarşılqlı hörmət və mehriban qonşuluq münasibətləri təşkil edən siyasi yaxınlaşmanı razılıqla qarşılayır.
İraq Türkiyə ilə siyasi yaxınlaşmanı alqışlayır

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Tağıyeva/

İraq əsasını ümumi xeyir, qarşılqlı hörmət və mehriban qonşuluq münasibətləri təşkil edən siyasi yaxınlaşmanı razılıqla qarşılayır. Trend-in məlumatına görə, bu barədə şənbə günü İraqın baş naziri Nuri Əl-Malikinin şəxi saytında yerləşdirilən çıxışına istinadən "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Telekanal qeyd edir ki, bu, İraqın son bir neçə ay ərzində Türkiyə barəsində ilk belə dostluq bəyanatıdır.

İraq və Türkiyə münasibətlərində bir ildən artıqdır ki, gərginlik davam edir. Daha əvvəl İraqın baş naziri Maliki bildirib ki, Türkiyə "qonşuların işinə qarışmaq", "orada hökmranlıq etmək" cəhdlərinə görə regionun bütün ölkələinin düşməninə çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti