...

Qırğızıstanın Baş nazirinin müavini: Əməkdaşlıq region ölkələri üçün prioritet olmalıdır

Siyasət Materials 8 Aprel 2013 11:08 (UTC +04:00)
Əməkdaşlıq region ölkələri üçün prioritet olmalıdır.
Qırğızıstanın Baş nazirinin müavini: Əməkdaşlıq region ölkələri üçün prioritet olmalıdır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Əliyev /

Əməkdaşlıq region ölkələri üçün prioritet olmalıdır. Trend-in məlumatına görə, bu barədə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu) çıxışı zamanı Qırğızıstan baş nazirinin birinci müavini Comart Otorbayev deyib.

Forum bazar ertəsi Bakıda öz işinə başlayıb.

"Bu gün biz unikal forumda iştirak edirik", - Otorbayev öz çıxışında qeyd edib.

Onun sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dinamik və daha iddialı olmalıdır.

Regionun inkişaf dinamikası haqqında danışarkən Otorbayev bildirib ki, beş Mərkəzi Asiya ölkəsinin məcmu ÜDM-i Sinqapurdan geri qalır.

Onun sözlərinə görə, Qırğızıstanda insan resurslarının, qızıl ehtiyatlarının və böyük su resurslarının istifadə olumamış böyük potensialı mövcuddur.

Baş nazirin müavini qeyd edib ki, ötən il respublika ilk dəfə Çinlə magistral yolu işə salıb və tranzit ölkə olub.

"Çin regionumuza böyük imkanlar gətirir və biz keçmiş SSRİ respublikalarının Çinlə əlaqələr qurmalarını istərdik", - o deyib.

Otorbayevin sözlərinə görə, Qırğızıstan bu gün artıq Çinlə əməkdaşlıq edir, Rusiya və Belarusla əlaqələr qurulub, dünyanın 70 ölkəsi ilə vizasız rejim yaradılıb, amma respublika böyük bazarlara çıxmağa köklənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti