...

Rumıniyanın sabiq prezidentləri Bakıya gələcəklər

Siyasət Materials 12 Aprel 2013 12:22 (UTC +04:00)
Rumıniyanın sabiq prezidentləri İon İliesku, Emil Konstantiniesku və xanımı Nadya Konstantiniesku, həmçinin sabiq baş nazir Petre Roman mayın 6-8-də Azərbaycanda səfərdə olacaqlar.
Rumıniyanın sabiq prezidentləri Bakıya gələcəklər

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Rumıniyanın sabiq prezidentləri İon İliesku, Emil Konstantiniesku və xanımı Nadya Konstantiniesku, həmçinin sabiq baş nazir Petre Roman mayın 6-8-də Azərbaycanda səfərdə olacaqlar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak etməkdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 40-dan çox sabiq ölkə və hökumət başçısını bir araya gətirəcək.

Chatham Evinin qanunları ilə nizamlanan beynəlxalq forumun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace və Gəncə Şəhər İcra Hakimiyyətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti