...

İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin ilk təsis konfransı Azərbaycanda keçiriləcək

Siyasət Materials 23 Aprel 2013 11:34 (UTC +04:00)
İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin (Islamic Financial Safety Net) yaradılmasina dair konfransın Azərbaycanda keçirilməsi təklif edilib. Bu barədə Trend-ə qeyri-rəsmi mənbələrdən məlumat verilib.
İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin ilk təsis konfransı Azərbaycanda keçiriləcək

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin (Islamic Financial Safety Net) yaradılmasina dair konfransın Azərbaycanda keçirilməsi təklif edilib. Bu barədə Trend-ə qeyri-rəsmi mənbələrdən məlumat verilib.

Məlumata görə, bu il fevralın 6-7-də Misirin paytaxtı Qahirədə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 13-cü zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş komunikedə əksini tapmış Fələstin xalqına yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılmasina dair konfransın keçirilməsi məsələsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fələstinə səfər zamanı Baş nazir Salam Fəyyad və xarici işlər naziri Riyad əl-Maliki ilə müzakirə edib.

Həmin konfransa ev sahibliyinin edilməsi Azərbaycana təklif olunub və Azərbaycan bu təklifi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti