Gürcüstan, Tbilisi, 1 may /Trend, müxbir N.Kirtsxalia/
ABŞ dövlət katibi Con Kerri və Gürcüstan prezidenti Mixeil Saakaşvili çərşənbə günü Vaşinqtonda görüş zamanı ikitərəfli münasibətlərin dərinləşməsi məsələlərini müzakirə ediblər.
Gürcüstan prezidentinin administrasiyasında Trend-ə bildirilib ki, Kerri və Saakaşvili Gürcüstanın sonrakı islah etməsinə və demokratiyanın inkişafına ABŞ-ın qoşululuğunun əhəmiyyətini ayrıca vurğulayıblar.
Saakaşvili yenidən Gürcüstanın NATO-ya cəhdini vurğulayıb və bununla əlaqədar ABŞ-ın dəstəyini qeyd edib. O, 2008-ci ilin avqust müharibəsi zamanı Kerrinin dəstəyinə görə ona təşəkkürünü bildirib, eləcə də vurğulayıb ki, dövlət katibi həmişə Gürcüstana görə həyəcan keçirməsi ilə fərqlənib.
Kerri Gürcüstan prezidentinə son illərdə apardığı siyasətə görə şəxsi dəstəyini ifadə edib. Həmçinin tərəflər iki ölkə arasında qeostrateji tərəfdaşlıq Xartiyası çərçivəsində bütün mövcud istiqamətlər üzrə əməkdaşlığın davamı haqqında razılaşıblar.
ABŞ dövlət katibi bir daha Gürcüstanın ərazi bütövlüyünə və müstəqilliyinə sarsılmaz dəstəyini ifadə edib.
Kerri ABŞ dövlət katibi vəzifəsini tutduqdan sonra Saakaşvilinin onunla birinci görüşü olub.