Azərbaycan, Bakı, 5 may /Trend/
İsrail HHQ-nin aviazərbələrini pisləyən Suriya hakimiyyəti bu hücumu hökumət qüvvələri ilə döyüşən silahlı müxalifətə hərbi kömək adlandırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Bir sıra KİV məlumat yayıb ki, İsrail şənbə günündən bazar gününə keçən gecə Suriya ərazisinə bir neçə hava zərbəsi endirib.
Suriya diplomatik nümayəndəliyi bildirib ki, "İsrailin bir neçə nəfərin ölməsi və xəsarət alması ilə, həmçinin güclü dağıntılarla nəticələnən təcavüzü"nə etiraz olaraq BMT və qurumun Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.